Ona deyilməlidir ki, evə gəlsin, yoxsa həps olunacaqsanbackend

Ona deyilməlidir ki, evə gəlsin, yoxsa həps olunacaqsan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin keçmiş baş strateqi Stiv Bannon deyib ki, Konqresdə Kiyevin ən qızğın tərəfdarlarından biri olan senator Lindsi Qrem xaricə səfərlərini və Ukraynada “vəziyyəti qızışdırmağı” dayandırmasa, “həbs edilməlidir”.

“The Hill” xəbər verir ki, Bannon Ukraynanın Rusiya aerodromlarına heyrətamiz dron hücumundan məyus olduğunu bildirib. O bildirib ki, Ağ Ev bu hücumu pisləməli və Qremin diplomatiyasına qarşı sərt tədbirlər görməlidir: “Ağ Ev dərhal bunu pisləməli, bütün dəstəyi dayandırmalı və Qremə deməlidir ki, evə gəlsin, yoxsa evə gələndə səni həbs edəcəyik. Sən hər şeyi qızışdırırsan”, – Bannon deyib.

O, həmçinin Qremi ABŞ prezidenti Donald Trampın arxasından Ukrayna prezidenti Vladimir Zelenski ilə əməkdaşlıq etməkdə ittiham edib: “Lindsey Qrem orada deyir: “Hey, Trampı unut. Mənim Nümayəndələr Palatası və Senatım var. Bunu keçəcəyik. Bir neçə günə nəsə görəcəksən”, – deyə Bannon Qrem tərəfindən Rusiyaya və onun məhsullarını alan ölkələrə qarşı sanksiyalar tətbiq etmək üçün irəli sürülmüş qanun layihəsinə istinad edərək bildirib.

Qeyd edək ki, Qrem Ukraynanın Rusiya hərbi aerodromlarına “yaradıcı” hücumunu yüksək qiymətləndirmişdi: “Həmişə yaradıcı Ukrayna Rusiya bombardmançılarına və Ukrayna vətəndaşlarını öldürmək və onların ölkəsini məhv etmək üçün istifadə edilən hərbi obyektlərə uğurla hücum etmək üçün kreativ dron müharibəsi taktikalarından istifadə edib”, – deyə o, sosial media platforması X-də yazıb.

//Samir Qurbanov, Editor.az