“Ona görə anam məni döymüşdü” – FOTO/VİDEObackend

“Ona görə anam məni döymüşdü” – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Nərgiz Əliyeva özü barədə maraqlı açıqlama verib.

Sənətçi anasının onu döyməsi haqqında “Gül kimi şou”da danışıb:

“Bizim məhəllədə internet klub var idi, bir dəfə anamdan gizlin həmin kluba getdim. O da gəlib məni döyüb, oradan çölə çıxarmışdı. Utandığımdan bir ay evdən bayıra çıxmadım”.

Aktrisanın sözlərinə görə, anasının onu döyməyinin əsas səbəbi internet sözünün yanındakı “klub” sözü olub:

“O vaxt internet klublara çox pis baxırdılar, anamı başa sala bilmirdim ki, bura bildiyimiz klublardan deyil və burada pis heç nə yoxdur”.

Publika.az