“Onlar Azərbaycana təhvil verilməlidir, əks təqdirdə…”- ŞƏRHbackend

“Onlar Azərbaycana təhvil verilməlidir, əks təqdirdə…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalı qətliamında birbaşa iştirak edənlərin başında Robert Koçaryan və Serj Sarkisyan gəlir. Azərbaycan dəfələrlə onları törətdikləri cinayətə görə cavab verməli olduğunu vurğulayıb”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi bildirib ki, beynəlxalq hüquqa görə də insanlıq əleyhinə cinayətlərdə iştirak edən adamlar həm hüquqi cavab verməli, həm də onların hər hansı siyasi vəzifə tutması qadağan edilməlidir:

“Ancaq Ermənistanda terrorçular və Xunta rejimi hər zaman bu tip adamların siyasi proseslərdə iştirak etməsindən yararlanıb. Bu şəxslər de illər boyu erməni xalqının öz faşist və istismarçı siyasətlərini ətraflarında saxlayıblar. Hesab edirəm ki, Azərbaycanın onların həbsi ilə bağlı tam qanuni tələbləri var. Ermənistanın indiki hakimiyyəti əvvəlki hakimiyyətindən fərqli davranaraq Azərbaycan xalqının qanına əli batmış adamları mütləq şəkildə Azərbaycana təhvil verməlidir. Belə olduqda hesab edirəm ki, münasibətlər sistemində çox böyük irəliləyişlər əldə edilə bilər. Əks təqdirdə isə Ermənistanla Azərbaycan arasında normallaşmadan söhbət gedə bilməz”.

//Gülnarə Abasova, Editor.az