NATO nümayəndələri Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirmək ehtimalı ilə bağlı bəyanatlarla “lütf etmək istəyirlər”.
Editor.az bildirir lər ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, alyansın bu yanaşmasını məsuliyyətsizlik adlandırıb. “Bu bəyanatlar hansısa admiral tərəfindən verilib… və tamamilə məsuliyyətsizdir.
Orada “barıt iyi”ni duymayan, amma çiyin qayışlarını taxan kifayət qədər insan var. Onlar həm də lütf etmək istəyirlər, vəziyyəti hiss edirlər”, – deyə nazir bildirib.
Xatırladaq ki, noyabrın 25-də NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer bildirib ki, alyans hava hücumundan müdafiə və dəqiq zərbə sistemlərinə sərmayə qoymalıdır. Onun sözlərinə görə, NATO alyans ölkələri ilə silahlı münaqişə baş verəcəyi təqdirdə Rusiyaya qarşı qabaqlayıcı “yüksək dəqiqlikli zərbələr”in endirilməsi imkanını müzakirə edir
//Samir Qurbanov, Editor.az