“Onlar başa düşməlidirlər ki, rəsmi Bakı istəsə proseslərin gedişatını kökündən dəyişər”backend

“Onlar başa düşməlidirlər ki, rəsmi Bakı istəsə proseslərin gedişatını kökündən dəyişər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq ağlı olan ermənilər başa düşməyə başlayıblar ki, Ermənistan və Qarabağdakı separatçılar onlara gün ağlaya bilməz. Onların boş-boşuna verdiyi vədlərin əsas məqsədi öz şəxsi hakimiyyətlərini qorumaq və maddi rifahlarını gücləndirməkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, bildirib ki, 30 il ərzində ermənilər Qarabağda Azərbaycanın təbii sərvətlərini talamaqla məşğul olublar:

” Yerli erməniləri isə düşənən olmayıb. 30 ildə Qarabağda neçə infrasktruktur layihəsi həyata keçirilib? Heç bir əhəmiyyətli layihədən söhbət gedə bilməz. İndi isə Qarabağda Azərbaycanın humanitar jesti əsasında rus sülhməramliları tərəfindən bir sıra infrastuktur layihələrin həyata keçirilməsi ermənilər üçün siqnal olmalıdır. Onlar başa düşməlidirlər ki, əgər rəsmi Bakı istəsə proseslərin gedişatını kökündən dəyişər. Azərbaycan hər zamankı kimi humanitar addımlar ataraq sülh çarçısı olduğunu göstərir. Əgər Aruntunyan kimi hoqqabazlar bunu başa düşmürlərsə o zaman onların vəziyyəti daha da ağırlaşacaq”.

Politoloqun sözlərinə görə bu gün biz 30 il ərzində Azərbaycana sözdə meydan oxuyan, birinci Qarabağ müharibəsində öz gücünü Azərbaycan əsgərinə deyil, silahsız, köməksiz mülki vətəndaşlara göstərən ermənilərin necə məhv edildiyinin şahidi olduq:

“Onların artıq danışmağa dili yoxdur. Yaxşı olardı ki, bundan sonra onlar həqiqəti dərk etsinlər. Əks təqdirdə qondarma respublikanın qondarma siyasətbazlarını Azərbaycan həbsxanalarında acınacaqlı həyat gözləyir”.

//Gülnarə Abasova, Editor.az