“Onlar bir daha revanşizmə cürət edə bilməzlər”- Millət vəkilibackend

“Onlar bir daha revanşizmə cürət edə bilməzlər”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın keçmiş xarici işlər naziri Vardanyan Oskanyanın keçmiş prezidentlərin, Baqratın və digərlərinin separatizmi yenidən canlandırmaq istəkləri Ermənistanda hakimiyyət uğrunda mübarizənin elementləridir. Çünki onlara insanları Nikol Paşinyan hakimiyyətinə qarşı etirazlara çıxartmaq üçün mövzular lazımdır. Bu mövzular separatizmə beynəlxalq dəstəyin əldə edilməsi, yenidən revanşizmə hazırlaşması, sərhədlərin delimitasiyasının yolverilməzliyi və digər məsələlərlə bağlıdır. Onların özləri də yaxşı bilirlər ki, Qarabağ kitabı bağlanıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan ərazilərində bir daha erməni separatizmin mövcudluğu üçün heç bir imkan olmayacaq:

“Biz erməni separatizmidən çox əziyyət çəkmişik. Ona görə də onların Qarabağa qayıdış planları xam xülyalardan başqa bir şey deyil. Ararat Mirzoyana “müxalifətə Qarabağa görə 4 min itki verməyə hazırsınızmı?”deyə sual ünvanlanıb. Amma mən hesab edirəm ki, ermənilərin hamısı qırılsa belə onlar ərazilərimizdə hər hansı məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər. Bu gün biz Ermənistanla sülhdən və münasibətlərin normallaşdırılmasından danışırıq. Amma onlar yenidən Azərbaycana qarşı revanşizmə hazırlaşsa və ölkəmizə təhlükə mənbəyinə çevrilsələr, biz onları elə beşikdəcə boğub məhv edəcəyik. Bizim gücümüzü həm ermənilər, həm də onlara dayaq olanlar görüblər və ona görə bir daha revanşizmə cürət edə bilməzlər”.

//Gülnarə Abasova, Editor.az