“Bu gün hər bir azərbaycanlı üçün qürurverici gündür. Düz 104 il öncə Şərqin ilk demokratik və müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində Polis orqanları yaradılmışdır. Bu gün biz hər bir əməkdaşı ilə fəxr etdiyimiz Azərbaycan Polisinin Bayramını qürurla qeyd edirik”. Editor.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Ramiz Alıyev bildirmişdir.
R.Alıyev daha sonra qeyd etmişdir ki, istər birinci Qarabağ müharibəsində, istərsə də 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Polisi ölkəmizin ərazi bütövlüyünün qorunması yolunda şərəfli bir yol keçmişdir: “Bu gün ölkəmiz dünya ölkələri arasında ictimai asayişin sabit olduğu, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu bir dövlətdir. Azərbaycanda ictimai sabitliyin qarantı cənab Prezidentdir və Azərbaycan Polisi də cənab Prezidentimizin əsgəridir.”
Siyasi ekspertin sözlərinə görə, son illərdə istər Daxili İşlər Nazirliyinin rəhbərliyi, istərsə də nazirliyin idarələri vətədaş cəmiyyətinin nümayəndələri, ictimai-siyasi fəallar, siyasi partiya sədirləri və gənclər təşkilatlarının rəhbərləri ilə mütamadi olaraq görüşlər keçirir və onlarla əməkdaşlıq edir: “Azərbaycan polisi bu gün ölkəmizdə narkomaniyaya qarşı kəskin mübarizə aparıdığı kimi, eyni ilə insan alverinə və digər cinayət növlərinə qarşı da barışmaz mövqe sərgiləyir. Hər gün keçirdikləri uğurlu əməliyyat tədbirlərinin nəticəsi operativ olaraq nazirliyin sosial şəbəkələrdə olan səhfələrində işıqlandırılır. Bu da ölkə vətəndaşlarının polisin fəaliyyətindən daha tez məlumat əldə etməsinə şərait yaradır. Nazirliyin sosial şəbəkələrdə olan səhfələri insanlar tərəfindən ən çox izlənilən və etibar edilən dövlət orqanının səhfəsidir desək yanılmarıq. Biz bir məqamı xüsusi ilə qeyd etməliyik ki, bu gün Azərbaycan Polisi fəaliyyətinin ən yüksək dövrünü yaşayır: həm polislərimizin peşəkarlığı, həm də vətəndaşlara olan münasibəti ən yüksək səviyyədədir. Hesab edirəm ki, bunun əsas səbəblərindən biri peşəkarlıqdır! İşinin peşəkarı olan şəxslər tərəfindən idarə olunan polis bu gün hər bir vətəndaşımızın inam və güvən yerinə çevrilib. Gecə-gündüz xidmətdə olub xalqımızın və dövlətimizin təhlükəsizliyini qoruyaraq vətəndaşlarımızın və şəhərimizin qonaqlarının rahat yaşaması, gəzməsi üçün şərair yaradırlar. Onlar çiyinlərində ölkəmizin təhlükəsizliyini gəzdirən igidlərimizdir”.

