“Kəlbəcər – Ermənistan sərhədində atışmalar davam edir. Ordusu dağılmış ölkə bu cür təxribatlara necə cürət edir? Soyuqların düşməsi və demarkasiya prosesinə qədər sığortalanmaq üçün Azərbaycan ordusu strateji nöqtələrdə oturmalıdır. Bu bizim üçün olduqca vacibdir. Yüksəkliklər və İrəvandan İrana və Gürcüstana gedən yollar nəzarətimizdə olmalıdır”.
Busözləri Editor.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, bildirib ki, erməni KİV – nin məlumatına görə, Hayastan fondu tərəfindən həmin ərazilərdə tikinti işlərinə start verilməkdədir:
“Onlar hələ də başa düşmürlər ki, 4 il sonra 2 şərtimizdən birini qəbul etməli olacaqlar, ya vətəndaşlığı qəbul edib təslim olacaqlar, ya da onları ordan iti qovan kimi qovacayıq. Bizə ermənilər ilə tamamilə əlaqələri kəsmək, onları Azərbaycana buraxmamaq sərf edir. Biz sovetlər zamanı onların Bakıda və rayonlarda necə yaşadıqlarını, axırda isə, bizə qarşı hansı təxribatları hazırladıqlarını unutmamalıyıq”.
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi sülhün təmin edilməsi üçün konkret addımlar atmalıdır:
“Hələ ki, erməni mediası Şərqi Zəngəzur və Şuşanın, Hadrutun guya Azərbaycan tərəfindən “işğal” edildiyini və vaxtı gələndə buna son qoyacaqlarını yazırlar”.
//Gülnarə Abasova, Editor.az

