“Onlar Paşinyan üzərindən danışıqları pozmaq, etibarsızlıq mühiti yaratmaq xətti tutublar”- ŞƏRHbackend

“Onlar Paşinyan üzərindən danışıqları pozmaq, etibarsızlıq mühiti yaratmaq xətti tutublar”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyan adəti üzrə yalan danışır və hər dəfə də yeni yalanlar uydurur. Belə yalanlar bir ölkənin baş nazirini yaraşmasa da Paşinyan bunu özünə və ölkəsinə yaraşdırır. Bu üsulla da guya dünya ictimaiyyətini çaşdıracağını düşünür, lakin həmişə olduğu kimi yenə də yanılır. Erməni baş nazirinin son olaraq France 24 kanalına verdiyi müsahibədə də, nə qədər paradoksal olsa da bir tərəfdən sülhdən danışır ,digər tərəfdən hər kəsi ittiham edir. Bütün bunların erməni hiyləgərliyinin sadə tryukları olduğu hər kəsə bəllidir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb:

“Azərbaycan da haqlı olaraq bildirir ki, Ermənistan sülh istəyirsə, ana qanununu dəyişdirməli, ölkəmizə qarşı ərazi iddialarından rəsmən imtina etməlidir. Paşinyan isə bunu beynəlxalq ictimaiyyətə başqa cür təqdim etmək niyyəti güdür. Görünən odur ki, Münhendə, Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə baş tutan və yenilənən Azərbaycan Ermənistan danışıqları birilərini narahat etmiş olmalı ki, onlar da Paşinyan üzərindən danışıqları pozmaq, etibarsızlıq mühiti yaratmaq xətti tutmuşlar”.

//Gülnarə Abasova, Editor.az