Onlar sonuncu dəfə İkinci Dünya Müharibəsində bir araya gəliblər: “Almaniya Yaponiya ilə birgə təlimlər təşkil edəcək”backend

Onlar sonuncu dəfə İkinci Dünya Müharibəsində bir araya gəliblər: “Almaniya Yaponiya ilə birgə təlimlər təşkil edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin bölgədə artan təsirini dayandırmaq üçün Avropadakı həmfikir ölkələrlə əməkdaşlığa can atan Yaponiya Almaniya ilə təlimlər həyata keçirəcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Pistorus deyib. Bildirilib ki, Almaniya quru ordusu Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (GSDF) gələn il keçiriləcək quru təlimində iştirak edə bilər.

Almaniyanın müdafiə nazirinin verdiyi müsahibədə iki ölkə arasındakı əlaqələrin əhəmiyyəti vurğulanarkən, orduların da birgə fəaliyyət göstərə və təlimlər keçirə biləcəyi bildirilib. Almaniyalı nazir Yaponiyada keçirilməsi planlaşdırılan hərbi təlimin iki ölkənin quru qoşunları arasında ilk təlim olacağını bildirib.

//Gülnarə Abasova, Editor.az