“Onlar zərərsizləşdirilməsə, erməni ictimai-siyasi həyatı rahat nəfəs almayacaq”- ŞƏRHbackend

“Onlar zərərsizləşdirilməsə, erməni ictimai-siyasi həyatı rahat nəfəs almayacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda xaos, qarışıqlıq təkcə ictimai-siyasi həyatda deyil, hər bir erməninin beynində də gedir. Bir tərəfdə kilsənin yüz illər boyu yalan xülyalarla zəhərlədiyi zavallılar sürüsü, digər tərəfdə coğrafiyanın verdiyi imkanlardan yararlanaraq insan kimi yaşamaq istəyən zümrə var. Bölünmüş erməni cəmiyyətində daxili savaşı pərdələmək üçün hərdən Azərbaycana da dil uzadanlar olur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı diliuzunluq edənlərin biri Göyçə vilayətinin qubernatoru Karen Sərkisyandır:

“Onun guya Göyçə ərazisində Azərbaycan əsgəri olduğunu bildirməsi və hansısa hərbi vasitələrdən dəm vurması daxili auditoriyaya “cəsarətli” görünmək niyyətindən başqa bir şey deyil. Ümumiyyətlə, təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın var olub-olmama məsələsi gündəmdə olduğu bir vaxta saxta qəhrəmanlar yenə meydan sulamağa başlayıblar. Bu adamlar zərərsizləşdirilməsə, erməni ictimai-siyasi həyatı rahat nəfəs almayacaq”.

//Gülnarə Abasova, Editor.az