Onlarla “M113” zirehli transportyoru Ukraynaya gətirilibbackend

Onlarla “M113” zirehli transportyoru Ukraynaya gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaralıları döyüş meydanından çıxarmaq üçün təchiz edilmiş onlarla M113 zirehli transportyoru Ukraynaya gəlib.

Editor.az bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov Facebook sosial şəbəkəsində məlumat verib. “Bu evakuasiya zirehli maşınlarından onlarla artıq Ukraynaya gəlib. Yaxın gələcəkdə daha bir neçə yüz ədəd gözlənilir”, – müdafiə naziri qeyd edib. O, aydınlaşdırıb ki, tırtıllı avtomobillərin manevr qabiliyyəti xeyli yüksəkdir.

“Ona görə də yolsuzluq şəraitində ordunun ən çox ehtiyacı budur”, – Umerov əlavə edib. Onun sözlərinə görə, hazırda yaralıların təxliyyəsi üçün zirehli maşınlar döyüş hissələrinə ötürülür. Xüsusilə, onun müavini Natalya Kalmıkova bu işi və bütövlükdə layihəni əlaqələndirir. “Müharibədə göstərdikləri dəstəyə görə tərəfdaşlarıma minnətdaram.

Biz qələbə üçün birlikdə çalışırıq”, – nazir vurğulayıb.

//Samir Qurbanov, Editor.az