Onlayn medianın Bayraqdarı – VİDEObackend

Onlayn medianın Bayraqdarı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın media platformasında yeni xəbər saytı istifadəyə verilib. Bayraqdar.info rəsmi olaraq bu gündən fəaliyyətə başlamış onlayn media resursudur.

Saytın qurucusu və redaktoru əməkdar jurnalist Azər Həsrətdir.

Əsasən xəbər ağırlıqlı resursun media siyasəti “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” çərçivəsində gerçəkləşdirilir. İctimai-siyasi xəbər ağırlıqlı resursda mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, diplomatiya, ekologiya və s. də daxil olmaqla geniş əhatəli xəbərçilik nəzərdə tutulur. Keyfiyyəti operativliyə qurban verməmək prinsipilə işləyən bayraqdar.info kənar müəlliflərə də açıqdır.

Sayt rəhbərliyi eyni zamanda türk dünyasına özəl diqqət ayırmaqla fərqlənməyi hədəfləyib. Çünki bir çox hallarda türk dünyasının bəzi guşələri Azərbaycan mediasının diqqətindən kənarda qalır.

Azər Həsrət bildirdi ki, sayt yerli jurnalistlərlə yanaşı, xarici ölkələrdə fəaliyyət göstərən xarici jurnalistlər, o cümlədən bir sıra xarici media resursları ilə əməkdaşlıq ediləcək. Artıq bu istiqamətdə bəzi razılmaşlamar əldə edilib. Bundan başqa saytın yuxarı sağ küncündə mətbuat şurasının loqosu yerləşdirilib ki,

Saytda xəbərlər Azərbaycan dilinin qayda-qanunlarına ciddi əməl edilməklə qısa lokanik xarakterli olacaq. Azər Həsrət qeyd etdi ki, sayt sosial mediyaya inteqrasiya edəcək.

Azər Həsrət bildirdi ki, gələcəkdə multi media imkanlarından da istifadə ediləcək.

Bayraqdar.info saytının şüarı belədir – hər zaman öndə. Biz də həmkarlarımıza fəaliyyətlərində uğurlar diləyir və hər zaman öndə olmalarını arzu edirik.