“Önümüzdəki mərhələdə reinteqrasiyanın şahidi olacağıq”-AÇIQLAMAbackend

“Önümüzdəki mərhələdə reinteqrasiyanın şahidi olacağıq”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın yolu açıqdır. Ermənilər Azərbaycan qanunlarına riayət etməklə bu yoldan İrəvan və Xankəndi istiqamətində hərəkət edə bilirlər”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın-Xankəndi yolunun (Laçın yolu) da açılmasının mümkün olduğunu qeyd etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın icazəsi olmadan kənar yüklərin ərazilərimizə daşınması məsələsi qəbuledilməzdir:

“Bu, rəsmi Bakının suveren iradəsinə ziddir. Qarabağın erməni icması ilə reinteqrasının daha asan və qısa yolu varsa, niyə açılmasın? Önümüzdəki mərhələdə bu reinteqrasiyanın baş verməsinin şahidi olacağıq. Nəhayət sülhə doğru addım atmalıyıq. Yolların açılması hazırkı mərhələdə aktualdır. Fransa prezidenti Emannuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng etdikdə də ölkə başçımız bu fikri səsləndirmişdir. Əgər Xankəndi-Ağdam yolu açılacaqsa, rəsmi Bakı oraya humanitar yardım çatdıracaqsa, Azərbaycan məqbul hesab etdiyi halda Laçın yolunun da açılması istisna deyil.
Bir daha vurğulamaq yerinə düşər ki, məsələ Laçın yolunun açılması deyil. Məsələ Azərbaycanın iradəsindən kənar kimlərinsə bu yoldan istifadəsidir”.

//Safura Bənnayeva, Editor.az