“Onun kimi küçə adamlarının çağırışı ölkəmizdə ciddi bir narahatçılığa səbəb ola bilməz”- Deputatdan sərt açıqlamabackend

“Onun kimi küçə adamlarının çağırışı ölkəmizdə ciddi bir narahatçılığa səbəb ola bilməz”- Deputatdan sərt açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jirinovskinin şəxsiyyəti hərkəsə məlumdur. İfrat millətçi və digər millətlərə nifrət edən bir təlxək, şoumen “siyasətçi”dir. O, populist çıxışları ilə reytinq qazanaraq siyasi müstəvidə özünü gündəmdə saxlamağa cəhd edir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

O, bildirib ki, Rusiyanın radikal milliyətçi lideri, Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovskinin çıxışları son 30 ildə hər şeydən əvvəl Rusiya dövlətinə kifayət qədər problem yaradıb:

“O, hər zaman şou xarakterli çıxışları ilə Rusiyada yaşayan çoxsaylı millətlərin ünvanına hədyanlar səsləndirib. Jirinovski kimi siyasətçisi olan dövlətə başqa düşmən lazım deyil. Xatırlayıram ki, SSRİ-nin dağılma ərəfəsində Jirinovski o dövrün liberal şəraitindən istifadə edərək siyasi meydanda peyda oldu. Qısa zamanda bütün Qərb dünyasına müharibə elan etdi. Həmin dövrlərdə Rusiyanın iqtisadi, sosial vəziyyəti kifayət qədər ağır idi. Maliyyə vəsaitinin ayrılması üçün Rusiya dəfələrlə Qərb dairələrinə müraciət etdi. Qərb bir növ Rusiyanı şantaj edirdi ki, əgər siz bizim demokratik təsisatlarımızı dəstəkləməyəcəksizsə, Rusiyada Jirinovski kimi faşist hakimiyyətə gələ bilər. Bu da gələcəkdə Rusiya üçün ciddi fəsatlara səbəb ola bilərdi. Təbii ki, Rusiya o zamanlar soyuq müharibəyə, qarşıdurmaya meyilli deyildi. Qərb var- gücüylə çalışırdı ki, qonşu ölkədə demokratik qüvvələr fəaliyyət göstərsin. Jirinovski bundan istifadə etdi. Lakin o, düşünür ki, indi də bu variantlar keçəcək. Xeyr!! Artıq onun bütün maskaları cırılıb. Bütün dünyada, elə Rusiyanın özündə də Jirinovski qeyri-ciddi siyasətçi kimi tanınır”.

Millət vəkili qeyd edib ki, Rusiyada müəyyən siyasi dairələr özləri ifadə edə bilmədikləri fikirləri Jirinovskinin vasitəsilə ictimaiyyətə çatdırmağa, ondan istifadə edərək ictimai rəyi öyrənməyə çalışırlar:

“O, dəfələrlə Azərbaycan dövlətinə qarşı təhqiramiz fikirlər səsləndirməklə yanaşı Rusiyaya qardaş olan slavyan xalqlarını da alçaldır. Ukrayna dövlətinin, xalqının ünvanına dəhşətli təhqirlər səsləndirir. Jirinovski son 30 ildə bu tipli populist çıxışları ilə ictimaiyyəti aldadaraq özünə kifayət qədər sərvət toplayıb, “kariyera” qurub. Lakin bundan əziyyət çəkən Rusiya xalqıdır. Rusiyanın ətrafında olan bir çox xalqlar məhz Jirinovski tipli siyasətçilərin çıxışlarının nəticəsi olaraq belə bir xeyirxah ölkəni düşmən xislətində görürlər. Jirinovski çalışır ki, bir çox dövlətləri Rusiyaya qarşı düşmənə çevirsin. Çıxışlarında əsassız ərazi iddiaları irəli sürür, tarixi faktları inkar edərək insanları aldadır. Bu şoular onun artıq qazanc mənbəyidir”.

Nəsib Məhəmməliyevin sözlərinə görə son günlər Azərbaycan ictimaiyyətində Vladimir Jirinovskinin çıxışına kifayət qədər tutarlı cavablar verildi:

“Onun kimi küçə adamlarının çağırışları bizim ölkədə nəinki dövlət çevrilişinə səbəb olmaq, heç ciddi bir narahatçılıq da yarada bilməz. Azərbaycan xalqı 44 günlük müharibə zamanı bütün dünyaya göstərdi ki, vahid bir yumruq kimi öz siyasi liderinin ətrafında birləşməyi bacarır. Jirinovski kimi təlxək siyasətçilərin Azərbaycan ictimai rəyinə heç bir təsirindən söhbət gedə bilməz. Sadəcə o, keçmiş SSRİ dövlətlərini zəif, inkişaf etməmiş görmək istəyir. Bu onun heç bir zaman gerçekləşməyəcək xəyalıdır, arzusudur”.

//Gülnarə Abasova, Editor.az