OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozları açıqladıbackend

OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə OPEC+ sazişi çərçivəsində neft hasilatının könüllü tənzimlənməsinə uyğun olaraq Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,73 milyon barel/sutka səviyyəsində qalacaq.

Editor.az Trend-ə istinadən bildirir ki, ötən ilin dekabrında ölkədə sutkada 0,72 milyon barel maye karbohidrogen, o cümlədən 0,59 milyon barel xam neft və 0,13 milyon barel qaz-kondensat hasil olunub.

Təşkilatın məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 2019-cu illə müqayisədə 0,06 milyon barel/sutka azalaraq 0,73 milyon barel/sutka təşkil edib.