Operativ Qərargahın qəbul etdiyi qərarları dəstəkləməliyik- Millət vəkilibackend

Operativ Qərargahın qəbul etdiyi qərarları dəstəkləməliyik- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusa qarşı mübarizə tədbirləri ilə bağlı verdiyi qərarları dəstəkləmək və qaydalara əməl etməyi bütün vətəndaşlarımıza tövsiyə edirəm”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, bildirib ki Operativ Qərargahın qəbul etdiyi qərarlar yalnız vətəndaşların sağlamlığının qorunmasına yönəlib:

“Bütün dünyanı cənginə alan koronovirusa qarşı mübarizənin effektivliyi üçün bu qərarlar verilir. Biz bilməliyik ki, Operativ Qərargah qərar qəbul etməzdən əvvəl həm COVİD-19-la bağlı dünyadakı vəziyyəti, həm də ölkədə virusa yoluxma dinamikasını dərindən təhlil edir. Sentyabrın 1-dən artıq qapalı məkanlarda hər kəsdən COVİD-19 pasportu tələb olunacaq. Bu qərarı dəstəkləyirəm. Koronavirus bəlası ilə mübarizənin yeganə yolu vaksinasiyadan keçir. Bunu hər kəs başa düşməlidir. Həm özünün, həm də ətrafındakı insanların sağlamlığını təhlükəyə atmamaq üçün hər kəs vaksin vurdurmalıdır. Bu hər bir şəxsin vətəndaşlıq borcudur. Bir nəfərin virusa yoluxması bir neçə nəfərin yoluxmasına yol açır.Ona görə yoluxmaların azalması və xəstəliyi daha yüngül keçirmək üçün vaksin vacibdir”.

Millət vəkili bildirib ki, yoluxma artarsa, müəyyən məhdudiyyətlərə gedilə bilər:

“Yoluxma sayının artmasına icazə verməməliyik. Bu öz əlimizdədir. Dünyanın inkişaf etmiş ölkələrində də koronovirusa qarşı mübarizədə vaksin vurdurmağın artıq məcburi xarakter aldığını müşahidə edirik. Bu vacib olmasa idi, dünyanın inkişaf etmiş ölkələri də vaksinləşmənin məcburi olduğunu bəyan etməzdilər. Əvvəlki həyata qayıtmaq istəyiriksə, yenidən qapanmalara getmək istəmiriksə, vaksin vurdurmağa və digər gigiyena qaydalarına əməl etməyə məcburuq”.

//Gülnarə Abasova, Editor.az