“ORADA DA DEYİLİR Kİ, QARABAĞ AZƏRBAYCANIN ƏRAZİSİDİR” – “2016-cı ildə danışıqlarda fəlakət baş verdi”backend

“ORADA DA DEYİLİR Kİ, QARABAĞ AZƏRBAYCANIN ƏRAZİSİDİR” – “2016-cı ildə danışıqlarda fəlakət baş verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi onlayn mətbuat konfransında bir sıra maraqlı açıqlamalar verib.

AzPolitika.info Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan özündən əvvəlki hakimiyyətləri yenə də danışıqlar prosesini dalana dirəməkdə və reallıqları ermənilərdən gizlətməkdə günahlandırıb.

“2016-cı ildə Qarabağ məsələsilə bağlı danışıqlar prosesində fəlakət baş verdi. 2016-cı ildə Minsk Qrupunun həmsədrlərinin irəli sürdükləri təkliflərin içində 2011-ci ildən sonra ilk dəfə “Dağlıq Qarabağın” aralıq statusu barədə heç nə qeyd olunmadı. Hansı ki, bu, Ermənistan tərəfindən aktiv şəkildə təbliğ və reklam olunurdu” – deyə, Paşinyan bildirib.

Paşinyanın fikrincə, həmin təkliflərdəki əsas “fəlakət” onda idi ki, qondarma qurumun aralıq statusu məsələsinin həlli BMT-nin Təhlükəsizlik Şurasına həvalə olunurdu: “Orada qəbul olunan qətnamələri nəzərə alsaq, “Dağlıq Qarabağ”ın hansı ölkəninin tərkibində qalacağı bəlli idi. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası formula qəbul edib. Orada da deyilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.”

Bununla da Paşinyan Qarabağın beynəlxalq hüququn tələblərinə görə Azərbaycana məxsus olduğunu öz dililə etiraf etmiş və bir daha uzun illərdir Ermənistandakı rejimlərin erməniləri boş xəyallarla yaşatdığına eyham vurmuş olub.