Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı liderləri, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüş keçirib.
Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.
Eyni zamanda, Orbanın mətbuat katibi liderlərin görüşünün təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl Viktor Orban jurnalistlərə bildirib ki, Budapeşt Avropa İttifaqı ilə Ukrayna arasında bloka qoşulmaq üzrə danışıqların başlanmasını dəstəkləmir.
//Gülnarə Abasova, Editor.az

