Orban Çinə səfərindən sonra Avropa Komissiyasına hesabat verməyibbackend

Orban Çinə səfərindən sonra Avropa Komissiyasına hesabat verməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orban Çinə səfəri barədə Avropa Komissiyasını (AK) məlumatlandırmayıb, səfərdən sonra isə hesabat verməyib.

Bu barədə AK-nın rəsmi nümayəndəsi Erik Mamer Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

“Xeyr. Səfərdən əvvəl əlaqə olmayıb, sonra da izahat verilməyib”, – deyə Mamer jurnalistlərin sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Macarıstanın baş naziri iyulun 8-də Pekində səfərdə olduqdan və Çin lideri Si Cinpinlə danışıqlar apardıqdan sonra Vaşinqtona gedəcəyini bildirib. Orban kimlərlə danışıqlar aparılacağını dəqiqləşdirməyib.

Oxu.az