Macarıstanın qalmaqallı baş naziri Viktor Orban növbəti dəfə Ukrayna ilə bağlı silsilə açıqlamalar verib. NATO-nun Haaqada (Hollandiya) sammiti zamanı siyasətçi bildirib ki, Alyansın Ukraynada heç bir işi yoxdur, çünki o, üzv ölkə deyil.
“ European Pravda ” nın xəbərinə görə , Orban həmçinin bəyan edib ki, onun vəzifəsi Ukraynanın NATO-ya daxil olmasına mane olmaqdır.
“NATO-nun Ukraynada işi yoxdur. Ukrayna da Rusiya kimi NATO-nun üzvü deyil və mənim vəzifəm onu belə saxlamaqdır”, – o deyib.
//Samir Qurbanov, Editor.az