Orban: Ukraynada sülh yalnız Putin və Trampın razılaşması ilə mümkündürbackend

Orban: Ukraynada sülh yalnız Putin və Trampın razılaşması ilə mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynada sülh yalnız Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın birbaşa razılaşması nəticəsində mümkün ola bilər.

“Əgər iki böyük boss – rus və amerikalı – birbaşa razılığa gələr və gələcəkdə sülhün necə olacağı barədə plan hazırlasalar, sülh tezliklə gələcək”, – deyə Orban PragerU-ya müsahibəsində vurğulayıb.

Qeyd edək ki, Putin və Trampın 15 avqustda Alyaskada görüşərək Ukraynada sülh məsələsini müzakirə edəcəkləri gözlənilir.

//Samir Qurbanov, Editor.az