Orban Zelenskini düşmən elan etdibackend

Orban Zelenskini düşmən elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban seçkilərdən sonrakı çıxışında partiyasının yenidən seçilməsinə mane olanlar sırasında Ukrayna prezidentinin də adını çəkib.

Bu barədə Editor.az “Evropeyskaya Pravda”ya istinadən məlumat verir.

“Biz elə bir qələbə qazandıq və bu qələbə aydan görünür, xüsusilə Brüsseldən. Xristian Demokratların milli siyasəti qalib gəldi və biz Brüsselə deyirik ki, bu, keçmiş deyil, gələcəkdir”, – Orban deyib. Böyük beynəlxalq güc mərkəzlərinin Macarıstan rejiminə qarşı birləşdiyini söyləyən Orban, “Macar solçularına” verilən hər sentin boşa getdiyini” də qeyd edib.

“Bu qələbə bir ömür boyu yaddaşlarda qalacaq, çünki çoxları bizə qarşı silahlanıb, o cümlədən daxildə solçular, xaricdə solçular, Brüsseldəki bürokratlar, hakim imperiyanın bütün fondları və təşkilatları, xarici media, hətta Ukrayna prezidenti də” -dedi Orban. “Bütün dünya gördü ki, macarlar öz ölkələrini sevirlər. Biz Avropaya bildirdik ki, bu, keçmiş deyil, gələcəkdir. Bu, bizim ümumi Avropa gələcəyimiz olacaq”, – o əlavə edib. Xatırladaq ki, bülletenlərin 98%-dən çoxunun hesablanması ilə Orbanın Fidesz partiyası 53,1% səs toplayıb.