Macarıstanın baş naziri Viktor Orban Ukrayna lideri Volodimir Zelenskini Ukraynadakı münaqişənin həlli naminə ağılla davranmağa dəvət edib. . O, bu barədə X sosial şəbəkəsində açıqlama verib.
“Müharibə hələ də davam edir, Avropa tükənib, Amerikanın silah tədarükü azalır. Bu, teatr, serial deyil, soyuq və sərt reallıqdır. Macarıstan sülhün tərəfində qalıb”, – o qeyd edib.
Orban qeyd edib ki, Zelenskinin dünyaya qoşulması hələ gec deyil.
Bundan əvvəl Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenskini nankorluqda ittiham edib: “Qərbi Avropa ölkələri kimi Budapeşt heç vaxt Kiyev qarşısında “diz çökməyəcək” .
//Samir Qurbanov, Editor.az

