Macarıstanın baş naziri Viktor Orban sürpriz səfərlərini davam etdirir. Daha əvvəl Ukrayna və Rusiyaya gözlənilməz səfərlər edən Macarıstan lideri bu dəfə Çinə gedib.
Editor.az xəbər verir ki, Orban Çinin paytaxtı Pekində prezident Si Cinpin ilə görüşüb. Macarıstan lideri Orban “sülh missiyasını” davam etdirir.
Çin Xarici İşlər Nazirliyi Si və Orbanın ümumi maraq doğuran məsələləri müzakirə edəcəklərini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az

