Orbanın Rusiyaya səfəri Aİ razılaşmalarının pozulması kimi qiymətləndirilibbackend

Orbanın Rusiyaya səfəri Aİ razılaşmalarının pozulması kimi qiymətləndirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının hüquq xidməti bloka bildirib ki, Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfəri və prezident Vladimir Putinlə görüşü blokun məqsədlərinə təhlükə yarada biləcək hər hansı tədbiri qadağan edən Aİ müqavilələrini pozur.

Editor.az bu barədə “The Financial Times” ə istinadla yazıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Macarıstanın baş naziri Aİ-nin bütün üzvlərini “sədaqət və qarşılıqlı həmrəylik ruhunda qeyd-şərtsiz” xarici siyasət fəaliyyətlərinə riayət etməyə çağıran hüquqi müddəanı da pozub.

Qeyd edək ki, iyulun 5-də Orban Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onlar Ukraynadakı münaqişənin həlli yollarını da müzakirə ediblər.

//Gülnarə Abasova, Editor.az