18 peyki orbitə çıxarmaq üçün buraxılan Çinin “Long March 6A” raketi partlayış nəticəsində yüzlərlə parçaya bölünüb.
Editor.az bildirir k, bu barədə “Bloomberg” Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, Çinin dövlət mediası raketin qəzaya uğraması barədə məlumat verməsə də, məlumat sosial şəbəkələrdə və məşhur saytlarda müzakirə olunub.
Daha sonra Xarici İşlər Nazirliyinin sözçüsü raketin parçalandığını etiraf edib. ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, o, təxminən 300 hissəyə bölünüb. “Bloomberg” qeyd edir ki, raket qəzası “onilliklər ərzində kosmik dağıntıların ən böyük mənbələrindən biri” olub. Çin Xarici İşlər Nazirliyi əmin edib ki, Pekin kosmik tullantılarla mübarizəyə böyük diqqət yetirir.
//Samir Qurbanov, Editor.az