Ordu da xalqdan təşkil olunur: “Bu baxımdan, Rus ordusu və xalqının mahiyyəti eynidir”backend

Ordu da xalqdan təşkil olunur: “Bu baxımdan, Rus ordusu və xalqının mahiyyəti eynidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynaya hücumu, dinc əhalini öz yerlərindən qovması, onların evlərini dağıtması, əhalini uşaq-böyük demədən öldürməsi və bunun da rus xalqının böyük əksəriyyəti tərəfindən dəstəklənməsi, əslində elə bir mühit yaradır ki, Ukrayna prezidentinin emosional çıxışlarına haqq verməkdən başqa yol qalmır”. Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitik qeyd edib ki, paradoks ondadır ki, Rusiya təbliğat maşını hadisələri elə tərzdə rus ictimaiyyətinə çatdırır ki, rus xalqı bu təbliğatın təsiri altında bu siyasətə dəstək verir:

” Amma hesab edirəm ki, belə fikirləşmək də sadəlövhlük olardı. Rus xalqı bu siyasətə dəstək verməklə öz daxilindəki hissləri ifadə edir. Təbliğatsız da onlar belə fikirləşir. Məgər rus xalqı Azərbaycan vətəndaşlarının Qarabağda erməni terrorçuları tərəfindən soyqırıma məruz qoyulduğu bir çox məlum hadisələrdə hansısa etiraz səsi çıxarmışdılar? Əksinə rus ordusu bu terrorçulara dəstək verirdi. Ordu da xalqdan təşkil olunur. Bu baxımdan, Rusiyanın ordusu və xalqının mahiyyəti eynidir”.

A. Qasımov onu da qeyd edib ki, Zelenskinin Qərb ölkələrindən rus xalqı ilə arasına “divar hörməsi” fikri, əslində doğru yanaşmadır:

“Rus xalqının əksəriyyəti Ukrayna müharibəsinin zərbələrini öz üzərlərində hiss etməyincə onları azad buraxmaq olmaz. İstər rus ordusu, istərsə də rus xalqı etdikləri bu vəhşi hərəkətə görə ciddi bədəl ödəməlidirlər. Necə ki, Hitler almaniyası və alman xalqı vaxtilə cəzalandırılmışdı, indi də Putin Rusiyası və rus xalqı verdiyi itkilərlə başa düşməlidir ki, iyirmi birinci əsrdə orta çağların fəlsəfəsi ilə hərəkət etmək yolları, nəticə etibarı ilə həmin xalqın özünün sonunu gətirəcək”.

//Gülnarə Abasova, Editor.az