Ordumuzun mövqeləri yenidən atəşə tutulubbackend

Ordumuzun mövqeləri yenidən atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən Editor.az-a bildirilib.

Vurğulanıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xatırladaq ki, səhər saatlarında Ordumuzun Laçın istiqamətindəki mövqelərinin atəşə tutulması barədə də məlumat verilmişdi.