Orenburqu su basdı: 10 mindən çox ev su altındabackend

Orenburqu su basdı: 10 mindən çox ev su altında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada anomal yaz selinin yaratdığı daşqınlar nəticəsində 39 rayonda 10.400-dən çox yaşayış binası su altında qalıb və su yüksəlməkdə davam edir.

Editor.az Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Ural və Volqa bölgəsində tarixdə bu il olduğu kimi daşqınlarla bağlı çətin vəziyyət olmayıb.

Rusiya xəbər kanallarının yazdığığına görə, ən çətin vəziyyət aprelin 5-də Orskda Ural çayında bəndin partladığı Orenburq vilayətində qalır. Bazar ertəsi səhər saatlarına olan məlumata görə, bölgədə 3900-ə yaxın evi su basıb, 6100-ə yaxın insan təhlükəsiz zonaya köçürülüb. Bundan əlavə, Orskda başqa bir çay – Elşanka öz sahillərini aşıb.

Daşqın Novotroitsk, qonşu Orsk şəhərinə çatıb: orada su bəndi aşıb və təxliyə aparılır. Bundan əlavə, Orsk administrasiyası yaxınlıqdakı Lesotorqovı kəndinin sakinlərini “kritik vəziyyət”i gözləmədən evakuasiya etdiklərini bildirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəis müavini Viktor Yatsutsenko bildirib ki, Ural çayı boyunca daşqın dalğası indi Orskdan Orenburqa doğru irəliləyir.

//Samir Qurbanov, Editor.az