Orijinal “Qodzilla” filminin ulduzu Akira Takarada vəfat edibbackend

Orijinal “Qodzilla” filminin ulduzu Akira Takarada vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk dəfə 1954-cü ildə yayımlanan “Qodzilla” filminin aktyorlarından biri olan Akira Takarada Yaponiyanın paytaxtı Tokioda 87 yaşında vəfat edib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, sonuncu filminin premyerasında iştirak edən Takaradanın bu yaxınlarda pnevmaniyadan öldüyü açıqlanıb.

Takaradanın qəhrəman gəmi kapitanı rolu ilə məşhurlaşdığı “Qodzilla” filmi nüvə fəlakətindən əziyyət çəkən, yaralarını sağaltmağa çalışan yapon tamaşaçıları üçün daha çox məna kəsb edir.

Qeyd edək ki, filmin nümayişindən doqquz il əvvəl İkinci Dünya müharibəsinin sonlarına doğru ABŞ-ın Yaponiyaya atom bombası atması ilə dünyada ilk dəfə bu bombadan istifadə edilib.

//Gülnarə Abasova, Editor.az