“Orion O and M” Silahlı Qüvvələrə Yardım Fonduna 30 min manat köçürdübackend

“Orion O and M” Silahlı Qüvvələrə Yardım Fonduna 30 min manat köçürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Orion O and M” MMC vətən torpaqlarının azad olunması üçün döyüşən Azərbaycan ordusuna dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 30 min manat vəsait köçürüb.

Fond ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Onun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Qarabağ Azərbaycandır!