Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.
Editor.az bakupost-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.
R.Zalovun təqaüdə göndərildiyi bildirilir.
https://customs.gov.az saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb.
Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.