Mayamidəki Milli Qasırğa Mərkəzi “Oskar” qasırğasının Kubanın Quantanamo əyalətinə çadığını bildirib.
Küləyin maksimal sürəti saatda təxminən 80 mildir (129 km).
Mərkəzin məlumatına görə, qasırğa hazırda 11,3 km/saat sürətlə cənub-qərbə doğru irəliləyir.
Ölkə prezidenti Migel Diaz-Kanel Bermudes oktyabrın 19-da deyib ki, hakimiyyət insanları və iqtisadi resursları qorumaq üçün bütün səyləri göstərir. Qasırğanın Kubanın şərqində və Baham adalarının cənub-şərqindəki ərazilərində əhəmiyyətli sahil daşqınlarına səbəb olacağı gözlənilir. Sinoptiklər 10 sm, bəzi ərazilərdə isə 15 sm-ə qədər yağıntının olacağını proqnozlaşdırırlar.
//Samir Qurbanov, Editor.az

