Filippindəki hotellərdə birinin vanna otağında Kristina Ancelika Dakera adlı işçi ölü halda tapılıb.
Yenisabah.az xəbər verir ki, 23 yaşlı qadının ölümündən bir neçə dəqiqə əvvələ aid görüntülər yayılıb. Görüntülərdə onun otağında 11 nəfərin olduğu və onların birlikdə əyləndikləri əks olunub. Həmçinin bir nəfər Ancelikaya şiddət tətbiq edib. Görüntüləri təhlil edən polislər hadisədə cinsi istismarın və qətlin dəqiq olduğunu açıqlayıb.

