“Otellərdəki videolarını götürüb, yayaram, biabır olarsan” – Tiktokda davabackend

“Otellərdəki videolarını götürüb, yayaram, biabır olarsan” – Tiktokda dava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış türkiyəli bloger Kekeç Kənanın azərbaycanlı tiktokçuları təhqir etdiyi iddia edilən video yayılıb.

Editor.az  azxəbər-ə istinadla xəbər verir ki, bloger “tiktok”da açdığı canlı yayımda xoşagəlməz fikirlər səsləndirib.

O deyib ki, Azərbaycanın “tiktok” sıralamasına girib, hər kəsi altına ala bilər: “O Azərbaycan sıralamasına girərəm. Hamınızı altıma alıb, altlı, üstlü çalışıram sizə”.

Kənanın bu sözləri Azərbaycanlı “tiktok”çuların kəskin etirazına səbəb olub.

Bloger bu sözlərindən sonra Azərbaycan xalqından üzr istəyib və fikirlərini yalnız 1 nəfərə aid etdiyini deyib:

“Mənim adımdan 10 saniyəlik videoları paylaşmayın. Əgər mənim beynim çönərsə, qaldığın otel, qaldığını otelə gətiridiyin qadına kimi hər şeyi açaram, o qaldığın otel mənim dostumundur. O oteldən görüntüləri alıb, sənin məni izlətdiyini kimi, mən də səni burada izlədərəm. Bir daha mənə ilişmə”.

Həmin videonu təqdim edirik: