Ötən gecə Qəzza zolağında 100-dən çox mülkü şəxs öldürübbackend

Ötən gecə Qəzza zolağında 100-dən çox mülkü şəxs öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS İsraili ötən gecə Qəzza zolağında hava hücumları zamanı 100-dən çox mülki vətəndaşı öldürməkdə günahlandırıb.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Qəzza zolağının mərkəzində, Maqaz bölgəsində İsrail təyyarələrinin gecə bombardmanı zamanı azı 70 nəfər həlak olub.

Yerli sakinlər bildiriblər ki, atışlar gecə yarısından bir neçə saat əvvəl başlayıb və bazar ertəsi səhərə qədər davam edib. Fələstin mediası İsrailin Qəzzanın mərkəzini havadan və qurudan atəşə tutduğunu bildirib və yerli sakinlər müharibə başlayandan bəri ən pis gecələrindən birini yaşadıqlarını deyiblər.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kidra Maqazda öldürülənlərin çoxunun qadın və uşaqlar olduğunu bildirib. Qonşu Əl-Bureyc və Əl-Nüsseyrat bölgələrində daha səkkiz mülki şəxsin İsrail təyyarələri və tankları tərəfindən öldürüldüyü bildirilir.

Bundan əlavə, İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi hava hücumunda 23 nəfərin öldüyü xəbər verilir. Deyilənə görə, ümumilikdə bir gecədə ölən fələstinlilərin sayı 100 nəfəri keçib.

//Samir Qurbanov, Editor.az