Ötən gecə Rusiya-Ukrayna cəbhəsində nə baş verib?backend

Ötən gecə Rusiya-Ukrayna cəbhəsində nə baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 3-nə keçən gecə ruslar Ukrayna ərazisinə 28 hücum pilotsuz uçuş aparatını buraxıblar.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb. “2024-cü il dekabrın 3-nə keçən gecə (dekabrın 2-si saat 22.00-dan) Primorsko-Axtarsk, Kursk, Orel, Millerovo (RF) istiqamətlərində düşmən “Şahed” tipli 28 hücum PUA və digər tipli pilotsuz uçuş aparatları ilə hücuma keçib. Saat 9.00-a […] düşmənin 22 PUA-sı vurulub”, – məlumatda deyilir.

Ukrayna hərbçiləri Rusiyanın pilotsuz təyyarələrinin Kiyev, Çerniqov, Vinnitsa, Xmelnitski, Jitomir, Sumi, Odessa, Nikolayev və Dnepropetrovsk vilayətlərində vurulduğunu qeyd ediblər: “Bir pilotsuz təyyarə itirilib, ikisi nəzarət edilən hava məkanını Belarus istiqamətində tərk edib və müvəqqəti olaraq işğal altında olan ərazilərə doğru uçub. Ternopil və Rivne vilayətlərində kritik infrastruktur obyektlərinə bir neçə zərbə endilib”.

//Samir Qurbanov, Editor.az