Ötən gecə rusların çox sayda raket və PUA-ları Ukrayna Silahları Qüvvələri tərəfindən məhv edilibbackend

Ötən gecə rusların çox sayda raket və PUA-ları Ukrayna Silahları Qüvvələri tərəfindən məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 22-nə keçən gecə rus işğalçıları Dnepr şəhərinin hərbi və infrastruktur obyektlərinə müxtəlif tipli 16 raket və 20 “Şahed”lə hücum edib.

Editor.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir ki, bütün pilotsuz uçan aparatları və 4 qanadlı raketin hamısı məhv edilib. Xəbərdə deyilir: “Mayın 22-də gecə hücumu zamanı “Vostok” Hərbi Hava Komandanlığının və Cənub Hərbi Hava Komandanlığının müvafiq olaraq şərq və cənub istiqamətlərində hava hücumundan müdafiə qüvvələri və vasitələri ümumilikdə rusların müxtəlif tipli 16 raket və 20 “Şahed-136/131” hücum pilotsuz təyyarəsini məhv edib.

Bütövlükdə; Xəzər dənizi regionundan buraxılan 4 ədəd X-101/X-555 tipli qanadlı raket; Azov dənizi və Kursk bölgəsinin müxtəlif istiqamətlərindən Tu-22m3 uzun mənzilli bombardmançı təyyarələrdən 5 ədəd Kh-22 qanadlı raket; İşğal olunmuş Krımdan 2 ədəd “İsgəndər-M” ballistik raketi; Zaporojye vilayətinin işğal olunmuş ərazisindən 5 ədəd zenit idarəolunan raket S-300; İrana məxsus 20 “Şahed-136/131” pilotsuz uçuş aparatı məhv edilib, – məlumatda deyilir.

//Samir Qurbanov,Editor.az