Ötən gecə Tehranda nələr baş verib?backend

Ötən gecə Tehranda nələr baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Tehranda onlarla hədəfə hücum etmək üçün 60-dan çox qırıcıdan istifadə edib. Raket istehsal sahələri və İranın Nüvə Layihəsinin (SPND) qərargahı vurulub.

Hücum həmçinin İranın nüvə proqramının “kritik komponentini” istehsal edən obyekti də hədəf alıb. Bundan əlavə, hərbçilər İranda üç raket buraxılış qurğusuna və raketləri buraxan zabitə də hücum ediblər”, – deyə məlumatda bildirilir.
İyunun 13-də İsrail İranın ən böyük nüvə və müdafiə obyektlərinə zərbələr endirərək “Şir kimi millət” əməliyyatına başlayıb.

Elə həmin gün İran yəhudi dövlətinə pilotsuz təyyarələr və ballistik raketlərlə hücum edərək “Doğru vəd 3” əməliyyatına başlayıb.

//Samir Qurbanov, Editor.az