Ötən gecə Ukrayna şəhərləri Rusiya PUA-larının hücumuna məruz qalıbbackend

Ötən gecə Ukrayna şəhərləri Rusiya PUA-larının hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı, dekabrın 26-da Ukrayna Rusiya pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.

Editor.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığına istinadən bildirir ki, saat 23:44-də onlar Rusiyanın “Şahed” tipli PUA-nın Qara dənizdən Odessaya doğru hərəkət etdiyini qeydə alıblar.

Bu arada, Xmelnitski rayonunda Starokonstantinov istiqamətində uçan daha bir pilotsuz təyyarə aşkarlanıb. Cənub Müdafiə Qüvvələri Xersonun da Rusiya PUA-larının hücumuna məruz qaldığını yazıb və insanlar sığıncaqlara enməyə çağırılıb.

//Samir Qurbanov, Editor.az