Ötən gecə Ukraynanın bir neçə vilayət və şəhərlərində partlayışlar baş veribbackend

Ötən gecə Ukraynanın bir neçə vilayət və şəhərlərində partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna mediası Ukraynanın Kiyev, Jitomir, Sumı və Çerniqov vilayətlərində partlayışların baş verdiyini yazıb. Bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.

Editor.az “Strana.ua”ya istinadən bildirir ki, Kiyev vilayətində bir neçə pilotsuz təyyarə hücumu dəf edilib. Kiyevin hərbi administrasiyası PUA-ların şəhərin hava sərhədini keçmədiyini bildirib.

Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus özünün Teleqram kanalında yazıb ki, bölgədə hava hücumu xəbərdarlığı beş saatdan çox davam edib.

O, əlavə edib ki, “Şahed” pilotsuz təyyarəsi “bölgədəki obyektlərdən birinə” düşüb. Lakin o, konkret hansının olduğunu açıqlamayıb. Vyaçeslav Çausun sözlərinə görə, hücum nəticəsində 6 minə yaxın istehlakçı elektrik enerjisindən məhrum olub. Ukraynanın Jitomir və Sumı vilayətlərində hava hücumundan müdafiə sistemi fəaliyyət göstərib. Dağıntı qeydə alınmayıb.

//Samir Qurbanov Editor.az