Ötən gecənin döyüş xronikasıbackend

Ötən gecənin döyüş xronikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 5-nə keçən gecə Rusiya növbəti dəfə Ukraynaya ballistik raketlər və Şahed-131/136 tipli PUA-larla hücum edib. Hərbi Hava Qüvvələri bütün kamikadze dronları məhv etməyə müvəffəq olub.

Editor.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına istinadən xəbər verir ki, düşmən gecə saatlarında iki S-300/S-400 zenit raketi və üç “İsgəndər-M” ballistik raketi, o cümlədən Çudadan (Krım) 13 Şahed tipli PUA 131/136″ ilə Ukrayna ərazisinə hücum edib.

“Zenit döyüşü nəticəsində Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları Zaporojye, Odessa və Dnepropetrovsk vilayətlərində 13 kamikadzenin hamısını vurub”, – məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az