Ötən gün Binədə qətlə yetirilən şəxsin FOTOSUbackend

Ötən gün Binədə qətlə yetirilən şəxsin FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyev qətlə yetirilib.

Editor.az  “Unikal”a istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Əhmədov saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərib.

47 yaşlı Maksim isə taksi sürücüsü olub. İlkin məlumata görə, tərəflər arasında mübahisəyə səbəb avtomobillə bir-birlərinə yol verməmək üstündə olub.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.