Ötən gün bu adada azı 218 zəlzələ qeydə alınıbbackend

Ötən gün bu adada azı 218 zəlzələ qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Tayvan ərazisində ən azı 218 zəlzələ və afterşok qeydə alınıb.

Editor.az bildirir ki, hesablamanı adanın Mərkəzi Meteorologiya İdarəsi aparıb. Məlumata görə, Tayvanda hər saat bir neçə zəlzələ baş verir.

Ölkə rəsmiləri hələlik hər hansı dağıntı barədə məlumat verməyib. Meteorologiya idarəsi bildirir ki, ən güclü iki zəlzələ 6.0 və 6.3 bal gücündə olub. 5,5 bal gücündə ilk yeraltı təkanlar aprelin 22-də yerli vaxtla saat 17:08-də qeydə alınıb. Meteoroloji mərkəzin direktoru Vu Çien-fu jurnalistlərə bildirib ki, son 24 saat ərzində baş verən silsilə zəlzələlər aprelin 3-də baş vermiş güclü zəlzələnin nəticəsidir.

Onun sözlərinə görə, yeraltı təkanlar xarakterik “enerjinin konsentrə salınmasını” təmsil edir.

//Samir Qurbanov, Editor.az