Ötən gün şəhid olan Novruz cüdoçu imiş – FOTObackend

Ötən gün şəhid olan Novruz cüdoçu imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Tərtər rayonunun azad edilmiş hissəsində minaya düşərək şəhid olan Novruz Niftalıyev “Qəbələ” İdman Klubunun cüdo bölməsinin üzvü olub.

“Qəbələ” klubunun yaydığı məlumata görə, o, 2013-18-ci illərdə klubun şərəfini qoruyub. Novruz klubun məşqçisi Rail İsmayılovun rəhbərliyi altında beş ildən artıq hazırlıq keçib. Niftalıyev bu müddətdə dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olub.

Aprelin 2-də minaya düşərək həlak olan 2004-cu il təvəllüdlü Niftalıyev Novruz Eldəniz oğlu Qəbələ rayonu Nohurqışlaq kəndində dəfn edilib.