Türkiyə xilasediciləri ötən şənbə günü yanğınsöndürən helikopterdə qəzaya uğrayan bir Türkiyə və iki Qırğızıstan vətəndaşının cəsədini tapıblar.
Editor.az yerli KİV-ə istinadən bildirir ki, təyyarədə ümumilikdə dörd nəfər olub.
Onlardan yalnız bir Qırğızıstan vətəndaşı xilas ola bilib.
O, qəzadan sonra su səthinə çıxıb sahilə sahilə üzməyi bacarıb. Hazırda həkim nəzarətindədir. Xatırladaq ki, dünən İzmir vilayətində baş verən fəlakətin dəqiq səbəbi hələ müəyyən edilməyib. Məlum olan odur ki, bir anda yanğınsöndürən helikopter su götürdüyü bəndə çırpılıb.
//Samir Qurbanov, Editor.az

