Ötən il 10 məhkum xəstəliyə görə azadlığa buraxılıbbackend

Ötən il 10 məhkum xəstəliyə görə azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il mayın 20-də Cinayət Məcəlləsinə edilən dəyişiklik nəticəsində cəzaçəkmə müəssisəsində insan hüquqlarına diqqət artırılıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, ötən il 1884 məhkumun cəzasının azaldılması üçün sənədlər hazırlanaraq məhkəmələrə göndərilib: “Həmin sənədlərin 91 faizinə baxılıb. Nəticədə 334 məhkum cəzadan azad edilib, 591 məhkumun cəzası azaldılıb. Onlardan 2-si xarici ölkə vətəndaşı, 12-si qadın, 2-si yetkinlik yaşına çatmayan şəxs, 269 nəfər isə hərbi cinayətlər törədən şəxs olub. Onlardan 422 nəfər məntəqə tipli cəzaçəkmə müqəssisəsinə köçürülüb, 10 məhkum xəstəliyə görə azadlığa buraxılıb.

Ötən il istintaq təcridxanasında saxlanılan 906 nəfər barəsində həbs qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılıb”.