Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunubbackend

Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Ədliyyə Nazirliyi tərəfindən 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib.

O bildirib ki, 2020-ci ildə həmçinin 25 məhkum öz ölkəsinə təhvil verilib: “Ötən il Almaniyadan 2 nəfər Azərbaycana verilib. Onlardan biri Avropa İttifaqı, 1-i isə Azərbaycan vətəndaşıdır. Keçən il 7 nəfər Azərbaycana ekstradisiya olunub. Onlardan 1-i Türkliyə, 1-i Bosniya, 2 nəfər isə Almaniyadan ekstradisiya olunub. Eyni zamanda, 6 nəfər xarici ölkə vətəndaşı öz ölkələrinə ekstradisiya edilib”.