“Ötən ildən ilk proses Qazax rayonunun 7 kəndinin qaytarılması ilə başlayacaqdı, lakin…”- Millət vəkilibackend

“Ötən ildən ilk proses Qazax rayonunun 7 kəndinin qaytarılması ilə başlayacaqdı, lakin…”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçən ildən Qazaxın 7 kəndinin tezliklə Azərbaycana qaytarılacağı ilə bağlı erməni mediasında informasiyalar tirajlanırdı. Bütün bunlar ilin sonunda gerçəkləşməsi nəzərdə tutulan Moskva görüşündən öncə baş verdi. Sərhədlərin müəyyən olunması məsələsi gündəmə gələndən bəri Ermənistanda qarşıdurmalar bitmir. Çünki Sərhədlərin demarkasiya və delimitasiyası erməni revanşistlərinin ən yaralı yeridir. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası və digər qruplaşmalar demək olar ki, bütün vəclə sülhə mane olur”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, ötən ildən ilk proses Qazax rayonunun 7 kəndinin qaytarılması ilə başlayacaqdı:

“Qeyd etdiyim kimi buna həm Ermənistan hökumətinin başqa ümidləri, həm də daxildəki revanşistlər mane oldu. Nəhayət ki, hakimiyyət bu reallıqla barışıb, əməli addımlar atmağa çalışır, yenə də daxildəki terrorçu qüvvələr var gücü ilə buna əngəl törətmək üçün əlindən gələni edir. Demək olar ki, Ermənistan baş naziri Nikol Paşinyan daxildə hakimiyyətə nəzarəti təmin edib və ölkədə bütün qurumlara, strukturlara göstəriş vermək, onun yerinə yetirilməsi, icrası ilə bağlı güclü səlahiyyətlər formalaşdıra bilmişdi. Artıq onun qarşısında Azərbaycanla münasibətləri sürətli, daha tez şəkildə nizama salmaq məsələsi dayanırdı ki, yeni ixtişaşlar ona qarşı üsyanlar başladı. Bu gün bütün dünya da görür ki, Azərbaycanla blokadanın aradan götürülməsi hər şeydən əvvəl İrəvana lazımdır. Ermənistan bu gün həm Azərbaycanla, həm də Türkiyə ilə müəyyən prinsipial məsələləri razılaşdırmalıdır. Yəni İrəvan yalnız bundan sonra hərəkətə keçə bilər. Təəssüf ki, revanşistlər bunu anlasalar da, Paşinyan hakimiyyətinə qarşı xalqı qaldırmağa çalışdıqları üçün mane olurlar. Hazırda Ermənistandakı ölkədaxili problemlər sülhü və sərhədlərin müəyyənləşdirilməsini ləngidir, lakin bu istənilən halda baş tutacaqdır. Buna Azərbaycanın siyasi iradəsi kifayət edir”.

//Gülnarə Abasova, Editor.az